Zərdabda avtomobil aşdı - VİDEO

Zərdabda avtomobil aşdı - VİDEO

Zərdabda ağır yol qəzası baş verib.

"Cebheinfo.az"  xəbər verir ki, rayon ərazisində “VAZ 21099” markalı minik avtomobili yoldan çıxaraq əkin sahəsinə aşıb.

Banı üzərində qalan avtomobildə ağır xəsarət alanın olmadığı bildirilir.

Qeyd edək ki, yolların buz bağlaması səbəbindən sürüşkən olması çoxsaylı qəzalara gətirib çıxarır.

"Cebheinfo.az"