"Fənərbağça" "Qalatasaray"ı məğlub etsə: Futbolçulara böyük mükafat

"Fənərbağça" "Qalatasaray"ı məğlub etsə: Futbolçulara böyük mükafat

Türkiyə Super Liqasının 24 fevralda "Fənərbağça" səfərdə əzəli rəqibi "Qalatasaray" ilə qarşılaşacaq.

"Cebheinfo.az" xəbər verir ki, "Fənərbağça" həyəcanla gözlənilən derbidə qalib gəlmək üçün heyətə böyük jest edib.

Belə ki, "sarı bülbüllər" qalib gələcəyi təqdirdə klub Prezidenti Ali Koç futbolçulara və texniki heyətdə 1 milyon avro premya verəcək.

Qeyd edək ki, "Fənərbağça" ardıcıl 7 oyunda qələbə qazanıb. İstanbul təmsilçi əzəli rəqibini də məğlub edərsə aralarındakı xal fərqi 3-ə düşəcək.

Elmir
"Cebheinfo.az"