AFFA-da UEFA B kateqoriyalı kursunun II mərhələsi keçirilib

AFFA-da UEFA B kateqoriyalı kursunun II mərhələsi keçirilib

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Dörd gün davam edən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.

"Cebheinfo.az"