"Arsenal" klubunun sabiq futbolçusuna bıçaqla hücum edilib

"Arsenal" klubunun sabiq futbolçusuna bıçaqla hücum edilib

İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.

"Report" xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.

Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.

Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.

Qeyd edək ki, N.Bentner 2005-2014-cü illərdə "Arsenal"ın futbolçusu olub, müxtəlif vaxtlarda icarə əsasında "Birmingem", "Sanderlend" ( hər ikisi İngiltərə) və "Yuventus"un (İtaliya) şərəfini qoruyub. 36 yaşlı keçmiş futbolçu son olaraq ölkəsinin "Kopenhagen" komandasında çıxış edib.

"Cebheinfo.az"