“Neftçi” – “Qarabağ” oyununun vaxtı bəlli olub

“Neftçi” – “Qarabağ” oyununun vaxtı bəlli olub

Misli Premyer Liqasının XV turunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun vaxtı bəlli olub.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan derbisi dekabrın 1-də gerçəkləşəcək.

Qarşılaşma "Neftçi Arena"da, saat 19:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

II dövrə, XV tur

29 noyabr

16:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

“Liv Bona Dea Arena”

19:00. “Sabah” – “Səbail”

“Bank Respublika Arena”

30 noyabr

14:30. “Şamaxı”– “Kəpəz”

Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

1 dekabr

19:00. “Neftçi” – “Qarabağ”

“Neftçi Arena”

"Cebheinfo.az"