"Nyukasl" Aleksander İsaka yeni əvəzləyici tapıb

"Nyukasl" Aleksander İsaka yeni əvəzləyici tapıb

İngiltərə təmsilçisi "Nyukasl" hücumçusu Aleksander İsaka yeni əvəzləyici tapıb.

"Report" "Tuttosport"a istinadən xəbər verir ki, "ağ-qaralar" "Yuventus"un (İtaliya) forvardı Duşan Vlahoviçi diqqət mərkəzində saxlayır.

"Sağsağanlar" cari mövsümün sonunda isveçli futbolçusu İsakın mümkün gedişindən sonra boşluğu doldurmaq istəyir.

"Qoca sinyora" ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq Vlahoviçin klubdan ayrılmaq istəməsi transferin baş tutmaq ehtimalını artırır.

Qeyd edək ki, serbiyalı hücumçu bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 37 matç keçirib və 14 qol vurub.

"Cebheinfo.az"