Türk futbolçu fransız klubunun tarixinə keçdi

Türk futbolçu fransız klubunun tarixinə keçdi

UEFA Konfrans Liqasında dünən keçirilən “Lill” – “Aston Villa” matçında tarixi hadisə yaşanıb.

“Cebhe.info” xəbər verir ki, Fransa təmsilçisi İngiltərə klubunu 2-1 hesabı ilə məğlub etməsinə rəğmən, penalti atışlarında məğlub olaraq turu keçə bilməyib.

Sözügedən matç Yusuf Yazıcı üçün əlamətdar olub. Türkiyəli futbolçu 15-ci dəqiqəsində vurduğu qolla komandasının tarixinə keçib. O, “Lill”in Avropa kuboklarında ən çox qol vuran futbolçusu olub. Yusuf 12 qolla bu göstəriciyə nail olub.

Elmir Mustafa
“Cebhe.info”