Meşə fındığının ixracından qazanc artıb

Meşə fındığının ixracından qazanc artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 43 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin ayı ilə müqayisədə 11,4 milyon ABŞ dollar və yaxud 36 % çoxdur.

2024-cü ilin eyni dövründə Azərbaycanda 31,6 milyon ABŞ dollar dəyərində meşə fındığı ixrac edilib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"