Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

2025-ci il mayın ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edib.
"Cebheinfo.az" AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 36 milyon dollar çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.
"Cebheinfo.az"