Təbriz-Bakı aviareysi açılacaq

Təbriz-Bakı uçuş marşrutunun yaradılması və İran ilə Azərbaycan arasında yeni sərhəd keçidinin tikintisi nəzərdə tutulur.
Yenisabah.az “Asr-e-İran”a istinadla xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Valiliyinin saytında məlumat yer alıb.
Vilayət valisi Bəhram Sərməst Azərbaycan baş nazirinin müavini, İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevlə 2 saatlıq görüşdə bu barədə müzakirələr aparıb.
"Cebheinfo.az"