Azərbaycan xurma ixracından gəlirini 17 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 32,3 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % və yaxud 4,6 milyon ABŞ dolları çoxdur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 27,7 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.
"Cebheinfo.az"