Neft cüzi bahalaşıb
Neftin qiymətləri bir gün əvvəl aşağı düşdükdən sonra çərşənbə axşamı səhər artıb.
Cebhe.info “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 1 barel üçün 80,1 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 12 sent çoxdur.
Nyu-York əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 10 sent bahalaşaraq 1 barel üçün 74,96 ABŞ dolları olub.
Bazar iştirakçılarının diqqət mərkəzində “OPEC+” nazirlərinin noyabrın 30-da baş tutacaq görüşü qalır.
Cebhe.info