Şakro Molodoy azadlığa çıxdı

Şakro Molodoy azadlığa çıxdı

Postsovet məkanında kriminal aləmin patriarxı Zaxari Kalaşov (Şakro Molodoy kimi tanınır-red.) ağır xəstəliklə əlaqədar azadlığa buraxılıb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Müvafiq qərarı Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsi verib. İclas bağlı qapılar arxasında keçirilib.

Kalaşovun vəkili Tengiz Papaskua “Gazeta.Ru”-ya bildirib ki, məhkəmənin qərarı məhbusun xəstəliyi ilə bağlı tibbi komissiyanın rəyi əsasında qəbul edilib.

Şakro Molodoy cəzasını Krasnodar diyarında ciddi rejimli koloniyada çəkib. 2018-ci ildə Moskvanın Roçdelskaya küçəsində yerləşən “Elements” restoranının sahibini hədə-qorxu ilə tələb edən şəxs 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Kalaşov 2013-cü ildə digər məşhur “qanuni oğru” Ded Xasan (əsl adı Aslan Usoyan) vəfat etdikdən sonra Rusiya kriminal cəmiyyətinin lideri olub. Nəticədə, bir sıra sui-qəsd cəhdləri səbəbindən əvvəllər bir neçə il İspaniyada yaşamış Şakro Molodoy boşalmış “tax-tac”a sahib olub.

Xəzər
“Cebhe.info”