Ən çox spirtli içki içilən ölkələr - SİYAHI

Ən çox spirtli içki içilən ölkələr - SİYAHI

Spirtli içkilərdən ən çox istifadə edilən ölkələrin siyahısı açıqlanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ən çox spirtli içki qəbul edən 10 ölkədən 9-u Avropa ölkələridir. 

Siyahıda birinci yerdə Çexiya qərarlaşıb. Belə ki, bu ölkədə il ərzində adambaşına 14,3 litr spirtli içki qəbul edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, adambaşına ən çox spirtli içki qəbul edən 10 ölkə bunlardır:

*Lüksemburq Avropanın ən kiçik ölkələrindən biridir. Digər tərəfdən, bu, dünyada ən çox spirtli içki qəbul edən onuncu ölkədir.

*Bolqarıstan şərab və pivənin restoran və kafelərin əvəzolunmaz elementləri olduğu ölkələrdən biridir. Bundan əlavə, bütün Balkanlarda məşhur olan meyvə brendilərinin ümumi adı olan rakiya Bolqarıstanda da sevilir. Məhz Bolqarıstan ən çox spirtli içki qəbul edən doqquzuncu ölkədir.

*Uqanda Avropadan kənarda ən çox spirt istehlak edən 10 ölkə siyahısına daxil edilən yeganə, səkkizinci ölkədir. Darı və qarğıdalıdan hazırlanan malva və sorqodan hazırlanan bushera ölkədə ən məşhur spirtli içkilərdəndir.

*İspaniya Avropada Fransa və İtaliyadan sonra üçüncü ən böyük şərab istehsalçısıdır və siyahıda 7-ci yerdə qərarlaşıb. Təbii ki, şərab İspaniyada pivə ilə birlikdə ən məşhur iki içkidən biridir.

*Adambaşına düşən illik spirt istehlakının 12,75 litr olduğu İrlandiya, ən çox spirt istehlak edən ölkələr siyahısında altıncı yerdədir.

*Litva ən çox spirt istehlak edən beşinci ölkədir. Adambaşına illik spirt istehlakının 12,78 litr olduğu ölkənin ən məşhur spirtli içkisi pivədir.

*Bavariyanın Münhen şəhərində hər il keçirilən Oktoberfest sayəsində minlərlə insan bir araya gələrək keyfiyyətli pivədən həzz alır və siyahıda 4-cü yerdə qərarlaşıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, orta hesabla bir alman hər il 12,79 litr spirt istehlak edir.

*Moldova spirt istehlakının son dərəcə populyar olduğu bir coğrafiyadır.  Adambaşına düşən təmiz spirt istehlakının illik miqdarı 12,85 litrdir. Məhz Moldova ən çox spirtli içki qəbul edən üçüncü ölkədir.

*Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Latviya vətəndaşı ildə 13,19 litr spirt istehlak edir. Bununla da Latviya ən çox spirtli içki qəbul edən ölkələr siyahısında ikinci yerdədir.

*Çexiya isə ən çox spirt istehlak edən ölkələrin siyahısında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Çexiyada adambaşına illik spirt istehlakı 14,3 litrdir.

Nigar Hacılı 
"Cebhe.info"