Güclü maqnit qasırğası gözlənilir: Necə qorunaq?

Bu il güclü maqnit qasırğasının olacağı tarix açıqlanıb.
Yanvarın 3-ü zəif maqnit qasırğası gözlənilir. Daha sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.
Maraqlıdır ki, maqnit qasırğaları insan sağlamlığına necə təsir edir?
Cebhe.info bununla bağlı araşdırma aparıb:
Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.
Geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır.
Maqnit qasırğasının təsirləri əsasən bir neçə gün büruzə verir. Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur.
Aşağı dərəcədə geomaqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər.
Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.
Statistika göstərir ki, maqnit fırtınaları zamanı ürək-damar sistemi xəstəlikləri olan insanların sağlamlığı pis olduğu üçün təcili yardım çağırışlarının sayı təxminən 20 % artır.
Məlumata görə, hər kəsdə geomaqnit dalğalarına həssas mərkəzləri var. Bu, böyrəküstü vəzdir və digəri baş-beyində yerləşir. Geomaqnit qasırğaları dövründə isə həmin reseptorlar oyanır.
Meteohəssas insanlarda saatlarla davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri də olur. Meteoroloji dəyişikliklərə dözümlü olmaq üçün immun sistemini də möhkəm saxlamaq şərtdir.
Bunun üçün düzgün qidalanmaq, vitaminlərin qəbulu, təmiz hava, normal yuxu rejimi yetərli ola bilər. Həmçinin, belə zamanlarda şəxs öz əhval-ruhiyyəsini yüksək saxlamaq üçün vaxtını müxtəlif hobbiləri ilə də dəyərləndirə bilər.
Naibə
Cebhe.info