Hipertoniya xəstəliyi barədə nələri bilməliyik?

Hipertoniya xəstəliyi barədə nələri bilməliyik?

Hipertoniya - yüksək qan təzyiqi olaraq bilinən problem ürək xəstəliyi və iflic kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

"Cebhe.info" xəbər verir ki, hipertoniyadan qorunmaq üçün duz istehlakının məhdudlaşdırılması və kaliumla zəngin qidaların istehlakı vacibdir.

Mütəxəssislər həmçinin pəhrizinizə yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları əlavə etməyi tövsiyə edir. Çünki bu qidalarda olan kalsium və maqnezium mineralları təzyiqi tənzimləməyə kömək edə bilər.

Yüksək təzyiqə faydalı olan tərəvəzlər arasında ispanaq, brokoli və pomidor kimi kalium, lif və antioksidantlarla zəngin tərəvəzlər də var.

Eyni zamanda, sarımsaq təzyiqi aşağı salmağa kömək edən təbii vasitədir. Fiziki fəaliyyət də təzyiqin aşağı salınmasında mühüm faktordur.

Bundan əlavə, stressin düzgün idarə olunması təzyiqi nəzarət altında saxlamağa kömək edə bilər.

Naibə
"Cebhe.info"