İnsanın əhvalının birdən dəyişməsinin səbəbi tapıldı - ARAŞDIRMA

İnsanın əhvalının birdən dəyişməsinin səbəbi tapıldı - ARAŞDIRMA

Əhvalınızın birdən-birə dəyişməsinin səsəbi məlum olub.

Alimlər belə nəticədyə gəliblər ki, mikrobiotanın balanssızlığı depressiyaya səbəb olur. 

“Cebhe.info” xəbər verir ki, endokrinoloq Yekaterina Yanq bağırsaqların vəziyyətinin bədəndəki müxtəlif proseslərə və ümumiyyətlə sağlamlığa necə təsir göstərə biləcəyindən danışıb.

Onun sözlərinə görə, bağırsaq sağlamlığının əhəmiyyəti, o cümlədən onun qida qəbul etmə qabiliyyəti ümumi qəbul ediləndən qat-qat böyükdür. O, bağırsaq mikrobiotasını "mədə-bağırsaq traktının yüksək mütəşəkkil, tam orqanı" adlandırıb. Bildirib ki, onun fəaliyyəti immunitetə, somatik və visseral yağların paylanmasına, stressə reaksiyanın formalaşmasına, həmçinin emosional vəziyyət və bir insanın ümumi rifahına təsir edir.

Mikrobiota çoxlu neyrotransmitterlər istehsal edir.  Neyrotransmitterlər sinir hüceyrələrindən məlumat daşıyan maddələrdir, məsələn, serotonin və dofaminin sintezində iştirak edənlər bura daxildir.

Endokrinoloq onu da qeyd edib ki, alimlər depressiya və autizmlə mikrobiota balansının pozulması arasında əlaqə tapıblar.

Xəzər
“Cebhe.info”