Mandarinin möcüzəvi faydaları

Mandarinin möcüzəvi faydaları

İmmuniteti qorumaq üçün ən çox vitamin ehtiva edən qidalardan istifadə etməyimiz tövsiyə olunur.

Cebhe.info xəbər verir ki, mandarin də onlardan biridir.

Mandarin tərkibindəki zəngin C vitamini və flavonoidlər sayəsində immunitet sisteminin güclənməsinə töhfə verir.

B vitamini baxımından çox zəngin olan üz qabığı hüceyrə əmələ gəlməsini dəstəkləyir.

Tərkibindəki kalium ilə yüksək təzyiqin qarşısını alır və infarkt riskini azaldır.

Kalium və A vitamini sayəsində isə sağlam sümük inkişafının təmin edilməsində təsirli olur.

Naibə
Cebhe.info