Soyuqdəymədən qorunmaq üçün: Ən asan yol

Payız fəsli virusa yoluxmanın ən asan olduğu vaxtdır, o cümlədən havanın qəfil dəyişməsi səbəbindən insan üçün çox streslidir.
Cebhe.info “Kuban News” portalına istinadən yazır ki, həkim Olqa Kozlova xəstələnmə riskinin azaldığı şəraitin necə yaradılmasından danışıb.
Onun sözlərinə görə, birinci qayda moda ilə deyil, havanın tələb etdiyi kimi geyinməkdir. İkincisi, şəxsi gigiyenaya diqqət yetirmək lazımdır. ictimai yerlərdən sonra, həmçinin yeməkdən əvvəl əllərinizi yuyun. Bundan əlavə, evi tez-tez təmizləmək lazımdır, çünki ev tozları virusları toplayır. Həkim deyib ki, mikroorqanizmlərin yığılmasından xilas olmaq üçün otağı mütəmadi olaraq havalandırmaq və nəm təmizləmək lazımdır.
O, həmçinin insanların çox olduğu ictimai yerlərdən çəkinməyə və virusların əksəriyyətinin hava damcı yolu ilə ötürüldüyünü xatırlamağa çağırıb.
Soyuqdəymə beş-yeddi gün davam edir. Əgər bu müddətdən sonra insan sağalmazsa, o zaman həkimə müraciət etməyə dəyər.
Xəzər
Cebhe.info