Yerkökünün faydaları

Yerkökünün faydaları

Qidalanmada mühüm yeri olan yerkökünün suyu da həzm sistemimiz üçün faydalıdır.

"Cebhe.info" xəbər verir ki, mütəxəssislərin fikrincə, kalorisi az olan bu meyvənin suyu dərini təravətləndirir və gözəlləşdirir.

Kök suyu içmək qocalma ilə əlaqədar yaranan qırışlara da yaxşı gəlir. Təbii A vitamini mənbəyi olduğundan göz sağlamlığını və görmə qabiliyyətini yaxşılaşdırır. Sümük xəstəliklərindən qoruyur. Tərkibindəki lif və kalium sayəsində isə xolesterini və təzyiqi aşağı salır.

Yerkökü arıqlamaqda və çəkiyə nəzarətdə də təsirlidir. Yeməklər arasında 1-2 kiçik kök yemək sizi tox saxlaya bilər.

Qaraciyər funksiyalarının və həzm sisteminin təmin edilməsində də bu şirə çox faydalıdır. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsində təsirli rola malikdir. 

Həmçininz yağlanmanın qarşısını alır. Tərkibində E vitamini olduğundan xərçəng əmələ gəlməsinə qarşı da qoruyur. Limon və zeytun yağı əlavə edilərək hazırlanan kök salatı zəkanı artırır və yaddaşı asanlaşdırır.

Naibə
"Cebhe.info"