Baydarovun filmi nufuzlu festivalda

Azərbaycan filmi "Quşlara xütbə"nin ("Sermon tTo The Birds") dünya premyerası Tokio Beynəlxalq Film Festivalında baş tutacaq.
Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Film rejissor Hilal Baydarovun "Savaş nağılları" trilogiyasının ikinci filmidir. Filmin rejissoru və ssenari müəllifi Hilal Baydarov, prodüserləri Elşən Abbasov, Karlos Reyqadas və Hilal Baydarovdur.
Festival 23 oktyabr 1 noyabr arasında keçiriləcək.
Hilal Baydarovun bir neçə filmi beynəlxalq müsabiqələrdə mükafatlar alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir.
Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb.
2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalının "Qızıl Şir" mükafatına iddialıdır.
Rejissorun “Xurmalar yetişən vaxt” filmi də bir sıra festivallarda uğur qazanıb, 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.
Həmçinin, rejissorun “Durna çırağı” Tokio Beynəlxalq Film Festivalında təqdim edilib.
Xatırladaq ki, 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi həmin festivalın iştirakçısı olub.
Günay Şahmar
Cebhe.info