Kənan Doğulu Bakıya gəlir: Bilet QİYMƏTLƏRİ

Türkiyəli məşhur müğənni Kənan Doğulu Azərbaycana gələcək.
"Cebheinfo.az" xəbər verir ki, sənətçi paytaxtımızda konsert verəcək.
O, 21 iyunda Bakı İdman Sarayında konsert proqramı ilə çıxış edəcək. Saat 20:30-da başlayacaq tədbirin bilet qiymətləri isə 59 manatdan 300 manata qədərdir. Sevilən ifaçı unudulmaz hitlərini ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq.
Aslan
"Cebheinfo.az"