Mahsun Kırmızıgül Bakıda 2 gün konsert verəcək

Mahsun Kırmızıgül Bakıda 2 gün konsert verəcək

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül növbəti dəfə Azərbaycana gəlir.

"Cebhe.info" xəbər verir ki, sevilən ifaçı Bakı Konqres Mərkəzində konsert verəcək.

Sənətçi paytaxtımızda 2 gün ard-arda pərəstişkarları qarşısına çıxış edəcək. Belə ki, sözügedən konsert 17-18 may tarixlərində saat 20:00-də başlayacaq. 

"Dinle", "Sarı sarı", "Bu sevda bitmez", "Yıkılmadım", "Gül senin tenin", "Sevdiğim", "Belalım" və "Azar azar" kimi mahnıları dillər əzbər olan Mahsun Kırmızıgülün konsertinə maraq yenə də böyükdür.

Bilet qiymətləri isə 50 manatdan başlayır. Həmçinin, 100, 200, 290, 350 və 400 manata da biletlər təklif olunur.

Elmir Mustafa
"Cebhe.info"