“Yüksek Sadakat” Bakıya gəlir

“Yüksek Sadakat” Bakıya gəlir

Türkiyənin məşhur qrupu “Yüksek Sadakat” Azərbaycana gəlir.

“Cebhe.info” xəbər verir ki, onlar Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Konsert 19 apreldə “Hayal Kahvesi”ndə keçiriləcək. Saat 21:00-də başlayacaq konsertin biletləri isə 30 manatdan 75 manata qədərdir. 

“Yüksek Sadakat” qrupu “Belki üstümüzdün bir kuş geçer”, “Haydi gel içelim”, “Aşk durdukça” kimi hit mahnılarını paytaxtımızda səsləndirəcək.

Elmir 
“Cebhe.info”