Deputat niyə tənqid olunur?- MCP-nin mətbuat katibi yazır

Bir deputatı niyə, nəyə görə tənqid edərlər?
Məhz fəaliyyətinə görə- vətəndaşları qəbul etmir, seçicilərini dinləmir, insanların məktublarını oxumur, müraciətlərini, şikayətlərini aidiyyəti üzrə yönləndirmir, deputatı olduğu rayona getmir, sakinlər arasına çıxmır, rayonun kəndlərini gəzmir, problemlərlə yerində maraqlanmır, rayonun problemlərini dilə gərtirmir, parlamentdə danışmır, mediaya qapalıdır, bir sözlə, vəzifəsini yerinə yetirmir...
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin fəaliyyəti isə bu sadaladıqlarımın tam əksidir. Bunu deputatın şəxsi sosial şəbəkələrdəki hesablarından, Milli Cəbhə Partiyasının sosial şəbəkələrdəki hesablarından, sosial mediadan, mediadan, televiziya kanallarının efirlərindən hərgün izləyib görmək olur. Razi Nurullayevin fəaliyyəti tam şəffafdır, hesabatlıdır.
O zaman, ərkəsöyün, tərbiyədən yoxsul uşaq səviyyəsində ağzına-klaviaturasına gələni yazanlar, kin, nifrət, şər-böhtan qusanlar, türk qardaşlarımız demiş, nəyin peşindəsiniz? Nədir sizin dərdiniz, quyruq acınız?
Əgər tənqid etmək üçün bir əsas, bəhanə tapa bilmirsinizsə, axı məcbur deyilsiniz özünüzü rüsvay etməyə. Bunun üçün bir az vicdan, bir az abır-həya kifayətdir. Quyruq acınızı bilirik, məğlubiyyəti qəbul edə bilməmək, paxıllıq, nəsə demək xatirinə danışmaq, "mən də varam" eqosu və s. Tamam, olsun, amma quyruğunuzu sağaltmaq üçün öncə yaranıza bir məlhəm çəkin, paxıllıqdan əzilən eqonuzu qabartmaq üçün daha yaxşı, güclü olmağa çalışın, növbəti matçlarta hazırlaşın, çalışın, çox çalışın, sağlam mübarizə aparın. Yoxsa ki, divanda,yaxud çayxana küncündə oturub, telefonu əlinə alıb səy-səy, ölkənin adını təhqir etmək bahasına belə olsa partiyanın adını yanlış yazaraq guya bizi aşağılamaq, absurt böhtanlar yağdırmaq, gedib axtarıb sədrimizin, müavinlərinin yazlarından kontekstdən çıxarılmış "skrin"lər paylaşmaq, guya bununla bizi "vurmaq", nə bilim falan-filan, bla-bla. İşiniz-gücünüz yoxdur? Sədrimizin olduğu kimi, partiyamızın da dövlətçilik mövqeyi ortadadır, həm sədrimiz, həm onun müavinləri, üzvlərimiz hər gün sosial şəbəkələrdə, mediada açıq mövqe qoyublar ortaya - DÖVLƏTÇİLİK MİLLİ CƏBHƏ PARTİYASI üÇüN QIRMIZI XƏTDİR. Məsələ dövlətdirsə, gerisi təfərrüatdır. Bu mövqeyimizi hər zaman, özəlliklə vətənimizin bütövlüyü uğrunda mücadilə apardığımız bu zamanlarda fəaliyyətimizlə açıq, net ortaya qoymuşuq. Özünüzü dağa-daşa salmayın, partiyamızın səhifələrini izləyin.
Nə isə, əslində düşünürdüm ki, bunu yazımmı, dəyərmi onara? Bilmirəm, dəyər, ya dəyməz. Dediyim kimi, hər şey göz önündədir, şəffafdır, gizli heç nə yoxdur. Bir az böyüyün, ərgənlikdən çıxın, ciddi olun, normal bir işin ətəyindən yapışın, mübarizə də istəyirsinizsə, təmiz, sağlam mübarizə aparın, qəlbinizi kinlə, nifrətlə yox, sevgiylə doldurun.
Sevgiylə qalın!
Vüsal Qarayev, Milli Cəbhə Patiyasının mətbuat katibi
Cebhe.info