Dövlət Departamenti təkzib etdi: "Blinken Azərbaycanın hücuma hazırlaşdığını deməyib"

Dövlət Departamenti təkzib etdi: "Blinken Azərbaycanın hücuma hazırlaşdığını deməyib"

ABŞ Dövlət Departamenti “Politico” nəşrini təkzib edib.

Cebhe.info xəbər verir ki, “Politico” nəşri guya dövlət katibi Entoni Blinkenin amerikalı konqresmenlərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi barədə xəbərdarlıq etdiyini yazıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib ki, “Politico” nəşrindəki məqalə yanlışdır və Entonii Blinkenin konqresmenlərlə danışığını əks etdirmir.

Cebhe.info