Kreml: “Qərb dövlətləri Qarabağda...”

Kreml: “Qərb dövlətləri Qarabağda...”

“Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır. Onlar regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar”.

Cebhe.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan çıxarılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Doğrudan da, bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışır”,-deyə Kremlin sözçüsü bildirib.

 Peskov sözlərinə belə davam edib:

“Nəticədə Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etdi ki, bu dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər”.

O qeyd edib ki, birtərəfli mövqe tutan ölkələr heç nə iddia edə bilməzlər:

"Bu, həm qeyri-mümkündür, həm də yersizdir. Bizi oradan sıxışdırmağa çalışmaları - bəli, biz bunu bilirik, lakin hələlik Rusiyadan başqa heç kim regionda sülh və sabitliyin qarantı rolunu oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”.

Xəzər
Cebhe.info