Paşinyan yenə “3 prinsip” deyir

Paşinyan yenə “3 prinsip” deyir

“Biz əminliklə deyə bilmərik ki, Azərbaycan üç prinsipə sadiqliyini təsdiq edir. Bu məsələlər danışıqlar yolu ilə aydınlaşdırılmalıdır”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

“Hətta biz onun (Azərbaycanın-red.) bu prinsiplərdən əl çəkdiyini deyə də bilmərik”, - deyə Paşinyan qeyd edib.

Paşinyanın prinsiplərdən birincisi Ermənistanın ərazisinin 29,8 min kvadrat kilometr, Azərbaycanın ərazisinin isə 86,6 min kvadrat kilometr olması anlayışı ilə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır.

İkinci prinsip 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiya edilməsindən ibarətdir.

Azərbaycanla sülhün üçüncü prinsipi ondan ibarətdir ki, regional kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsipləri əsasında yenidən açılmalıdır.

Müşfiq Abdulla

Cebhe.info