Peskovdan Paşinyana cavab: “Azərbaycandan fərqli bəyanat eşitmişik”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın müharibəyə hazırlaşmasyla bağlı fikrinə münasibət bildirməyib.
Cebhe.info xəbər verir ki, bunu Pekov Paşinyanı həmin fikirləriylə tanış olmamasıyla əsaslandırıb:
“Təəssüf ki, mən heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatlarıyla tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik ki, onlar geri çəkilmə zərurətinin bir mərhələsinin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olması barədə dəqiq danışırlar. Ona görə də hazırda cənab Paşinyanın bəyanatlarının bu hissəsi ilə bağlı konkret heç nə deyə bilmərəm”.
Bundan əvvəl Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclası zamanı bildirib ki, Ermənistan Bakının irəli sürdüyü Qərbi Azərbaycan konsepsiyasına görə yeni eskalasiya təhlükəsi görür.
Xəzər
Cebhe.info