Fəzail Ağamalı ABŞ-ın fəxri vətəndaşlığından imtina edib

Fəzail Ağamalı ABŞ-ın fəxri vətəndaşlığından imtina edib

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edib.

Cebhe.info-nun xəbərinə görə, bunu deputat bu gün Milli Məclisdə çıxışında bildirib.

Fəzail Ağamalı deyib ki, 1990-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da olub:

“Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Mən bu gün bunların hər ikisindən imtina edirəm”.

Cebhe.info