Kreml Naxçıvan görüşünə münasibət bildirib
Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçiriləcək görüşünə münasibət bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşlərinin Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına kömək edəcəyinə ümid etdiyini söyləyib.
Peskov regiondakı Rusiya sülhməramlılarının fəaliyyətindən də danışıb. Bildirib ki, Qarabağdakı Rusiya sülhməramlıları əsl qəhrəmanlıq göstərirlər, heç kim onları öz vəzifələrini yerinə yetirməməkdə qınaya bilməz.
Kremlin sözçüsü onu da qeyd edib ki, hələlik Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti barədə danışmaq mümkün deyil.
Peskov hələlik Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı konkret planların olmadığını da əlavə edib.
Cebhe.info