Netanyahu: "İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır" - YENİLƏNİB

Netanyahu: "İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır" - YENİLƏNİB

İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Netanyahu ilk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib. Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycanın İsraildə Səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. 

Nazir ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlyıb və Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb. 

Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

Cebhe.info