Bağçalar neçə saat açıq olur? - RƏSMİ

Bağçalar neçə saat açıq olur? - RƏSMİ

Məktəbəqədər təhsil müəssisəsinin həftəlik iş rejimi və gündəlik iş saatı müəssisənin təsdiq edilmiş nizamnaməsi ilə tənzimlənir. 

“Cebheinfo.az” xəbər  verir ki, qanunvericiliyə uyğun olaraq, bağçalar altı günlük iş həftəsində 9 saatlıq, 10 saatlıq, 12 saatlıq və 24 saatlıq iş günü, həmçinin beşgünlük iş həftəsində də 9 saatlıq, 10,5 saatlıq, 12 saatlıq iş günü üzrə fəaliyyət göstərə bilirlər. 

Aşağıdakı keçid vasitəsilə bağçaların iş rejimi ilə tanış ola bilərsiniz.

https://bit.ly/3XIk3Hx
Məktəbəqədər təhsil müəssisələrinin iş saatı ilə bağlı məlumatın əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar eyni zamanda Agentliyin yerli bölmələrinə və ya övladlarının təhsil aldığı təhsil müəssisəsinə müraciət edə bilərlər.

Nigar
“Cebheinfo.az”