DGK xətti ilə büdcə daxilolmaları 3% artacaq
Dövlət Gömrük Komitəsi (DGK) üzrə büdcə daxilolmaları proqnoza görə üDM-in 5%-i həcmində olmaqla 5900 milyon manat nəzərdə tutulub.
Cebhe.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Qeyd edək ki, bu göstərici 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3%, 2022-ci ilin faktı ilə müqayisədə 245,4 milyon manat və ya 4,3% çoxdur.
Cebhe.info