Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib

Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib.

Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda lV sinifi bitirən 261 qız şagird iştirak edib.

Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 45 sual təqdim olunub və 90 dəqiqə vaxt ayrılıb.

Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul ediləcək.

İmtahan nəticələri 10 gün ərzində elan olunacaq.

Şagirdlər imtahan nəticələrini elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

"Cebhe.info"