Peyvənd qoruyur?!

Peyvənd qoruyur?!

Ötən il sentyabr ayında ölkəmizdə artıq qrip peyvəndinin vurulmasına başlanılıb.

Bu il isə peyvəndin gətirilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Elvin Hacıyev Cebhe.info-ya bildirib ki, payız qış mövsümlərinde ölkəyə yəni peyvəndlerin gətirilməsi nəzərdə tutulur.

Payız-qış mövsümü ilə əlaqədar ölkəyə qrip peyvəndlərinin gətirilməsi nəzərdə tutulub. Qeyd edək ki, peyvəndlərin tətbiqi könüllü xarakter daşıyır.

Xüsusilə uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər. Onun üçün peyvədləşdirilmənin aparılmasına çox ciddi zərurət yaranır.

Həkim-ekspert Sadiq Həsənov bildirib ki, peyvəndlərdən imtina etmək olmaz:

“Peyvəndlər mümkün qədər tez, peyvənd təqvimlərdə aid olan zaman içərisində yerinə yetirilməlidirlər. Onlar uşaqların sağlamlığını və həyatını xilas edir. Peyvəndlərdən imtina etmək olmaz. Xüsusilə azyaşlı uşaqlar və yeniyetmələr arasında aparılır. Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilərlər”. 

Onun sözlərinə görə, uşaq anadan olandan 12 saat sonra hepatit B xəstəliyinə qarşı, 4 günlüyündə vərəm əleyhinə, 1 həftəliyində isə poliomielit eleyhinə peyvənddən istifadə edilir. 2 aylıqda B tipli hemofil infeksiya, difteriya, göy öskürək, tetanus və hepatit B-yə qarşı peyvənd vurulur. Ardıcıllıqla 4, 6, 12, 18 aylığında və nəhayət, uşağın 6 yaşı olanda qızılça, parotit və məxmərəyə qarşı, difteriya və tetanus əleyhinə peyvənd və vitamin A- dan istifadə edilir.
 
Həsən Məmmədov 
Cebhe.info