Qəbul imtahanları bu tarixlərdə olacaq

Qəbul imtahanları bu tarixlərdə olacaq

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən “Cebhe.info”-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək.

Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək.

Nigar
“Cebhe.info”