Daha bir bank bağlandı. Növbədə hansı bankdır?

Daha bir bank bağlandı. Növbədə hansı bankdır?

ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) Filadelfiyada yerləşən "Republic First Bank"ın bağlandığını və "Fulton Bank"a satıldığını açıqladı. 

"Cebhe.info" xəbər verir ki, FDIC tərəfindən yayılan məlumatda, müvəkkil təyin edildiyi "Republic First Bank"ın Pensilvaniya Bankçılıq və Qiymətli Kağızlar Departamenti tərəfindən bağlandığı bildirilib.

Qeyd olunub ki,, əmanətçiləri qorumaq üçün FDIC "Fulton Bank" ilə "Republic First Bank"ın demək olar ki, bütün əmanətlərini və əsas etibarilə bütün aktivlərini almağa razılaşıb.

Məlumatda “Republic First Bank”ın Nyu-Cersi, Pensilvaniya və Nyu-Yorkdakı 32 filialının "Fulton Bank"ın filialı olaraq yenidən açılacağı bildirilib və “Republic First Bank"ın əmanətçilərinin "Fulton Bank"ın əmanətçiləri olacağı qeyd edilib.

Bildirilib ki, 31 yanvar tarixinə "Republic First Bank"ın cəmi aktivlərinin təxminən 6 milyard dollar, cəmi depozitlərinin isə 4 milyard dollar civarında olduğu, bankın FDIC-ə müflis olmasının dəyərinin isə 667 milyon dollar olacağı gözlənilirdi. "Republic First Bank"ın iflası bu il ABŞ-da ilk bank iflası oldu. 

Nigar 
"Cebhe.info"