Erməni polisi yolu bağlamağa imkan vermədi - VİDEO

Erməni polisi yolu bağlamağa imkan vermədi - VİDEO

İrəvan-Meqri magistralının Tiqranaşen hissəsində vətəndaşların etiraz aksiyası zamanı vəziyyət gərginləşib.

Polis Tavuş sakinlərinə dəstək verən vətəndaşlara yolu bağlamağa imkan verməyib. Onlar sonda bir neçə etirazçını zorla maşına mindiriblər. Sonuncular arasında ictimai fəal Gerasim Vardanyan da var. “Cebhe.info” xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Qeyd edilib ki, bir müddət əvvəl İrəvan-Gümrü və İrəvan-Sevan yolları da bağlanıb. 

Vətəndaşlar bu yolla Tavuşda delimitasiyaya etiraz edənlərə dəstək ifadə edirlər.

Xəzər
“Cebhe.info”