Ermənistandan Gürcüstana gedən yol bağlanıb

Ermənistandan Gürcüstana gedən yol bağlanıb

Gecə saatlarında da Ermənistanın Tavuş rayounun Kirants kəndindən Gürcüstana gedən yol bağlanıb.

Artıq beş gündür ki, sakinlər orada gecələyirlər.

Qeyd edək ki, dünən axşam saatlarında Tavuş rayonunun Baqrataşen yolunda xüsusi təyinatlılar güc tətbiq edərək yolu bağlayan vətəndaşları, o cümlədən ehtiyatda olan polkovnik Mihran Mahsudyanı saxlayıblar. Polkovnik yaralanıb və xəstəxanaya aparılıb. 

Gecə yarısı politoloq Suren Petrosyandan başqa bütün saxlanılanlar sərbəst buraxılıb. O, bu gün İrəvana aparılıb.

Xatırladaq ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Sərhəd xəttinin bu hissələrinin təsviri yerində aparılan geodeziya ölçmələri nəticəsində alınacaq koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək.

Bütün bunlar cari ilin mayın 15-dək tərəflər arasında razılaşdırılmalı və imzalanmalı olan müvafiq protokol təsvirində sənədləşdiriləcək.

Xəzər
“Cebhe.info”