Faşistlərin oğurladığı əsərlər sərgidən çıxarıldı

Faşistlərin oğurladığı əsərlər sərgidən çıxarıldı

İsveçrənin aparıcı incəsənət muzeylərindən biri faşistlər tərəfindən oğurlanıb-oğurlanmadığını araşdırdığı beş rəsm əsərini sərgidən yığışdırıb.

“Cebhe.info” BBC-yə istinadən xəbər verir ki, bu əsərlər - Sürix Kunsthaus Muzeyinin kolleksiyasının bir hissəsidir. Onlar  Klod Monet və Vincent van Qoq da daxil olmaqla dünyanın ən məşhur rəssamlarına aiddir.

İkinci Dünya müharibəsi zamanı silah istehsal edib nasistlərə sataraq sərvət qazanmış alman əsilli silah alverçisinin adını daşıyan Emil Bührlenin kolleksiyasında olan əsərlərin mənşəyi ilə bağlı uzun müddətdir şübhələr var.

Rəsmlərin müsadirə edilməsi haqqında qərar onların oğurlandığı ailələrə qaytarılması barədə yeni təlimatların dərcindən sonra verilir.

Aşağıdakı sənət əsərləri hazırda tədqiq olunur: Klod Monenin “Rəssamın Givernidəki  bağı”, Qustav Kurbenin “Heykəltəraş Lui-Jozefin portreti”, Henri Tuluza-Lotrekın “Corc- Henri Manuel”, Vinsent van Qoqun “Köhnə Qüllə” və Pol Qoqenin  “Dağ Yolu” əsəri.

Xəzər
“Cebhe.info”