Tramp dövründə FED-i nə gözləyir?

Tramp dövründə FED-i nə gözləyir?

Keçmiş prezident Donald Tramp yenidən hakimiyyətə gələrsə bir çox sahələrdə hansı siyasəti irəli sürəcəyi də maraq doğurur.

"Cebhe.info" "Wall Street Journal"ına istinadən xəbər verir ki, keçmiş prezident Donald Tramp komandası FED-in yeni siyasət yolunu göstərən təxminən 10 səhifəlik sənəd layihəsi hazırlayıb.

Buna uyğun olaraq, FED sədri Jerome Povellin vəzifədən uzaqlaşdırılacağı və Trampın fərqli təsir mexanizmlərinə görə faiz qərarlarında söz sahibi olacağı nəzərdə tutulur.

Burada son dərəcə məxfi kimi qələmə verdiyi planlar Trampın seçiləcəyi təqdirdə faiz qərarlarında da onunla məsləhətləşəcəyini iddia edən həmin 10 səhifəlik sənədə əsaslanır.

 Xəbərə görə, Trampın seçildiyi bir ssenaridə Xəzinədarlıq Departamenti FED-in istiqraz alış fəaliyyətlərinə nəzarət etmək üçün əlavə yoxlama və balans nöqtəsi olaraq istifadə ediləcək. Layihədə bu təkliflərlə yanaşı, Trampın FED-in hazırkı sədri Jerome Povelli işdən çıxara biləcəyi və FED siyasətinin administrasiyanın məqsədlərinə uyğun olmasını tələb edə biləcəyi iddia edilir. 

Tramp vəzifədə olarkən Povell və digər mərkəzi bank rəsmilərini faiz dərəcələrini artırdıqlarına görə sərt şəkildə tənqid edib və onu işdən çıxarmağı düşündüyü bildirmişdi. FED-in sözçüsü bu hesabatı şərh etməkdən imtina edib.

Nigar
"Cebhe.info"