Yaponiya müdafiə naziri iyulda Böyük Britaniyaya səfər etməyi planlaşdırır

Yaponiya müdafiə naziri iyulda Böyük Britaniyaya səfər etməyi planlaşdırır

Yaponiyanın müdafiə naziri Minoru Kihara 2024-cü ilin iyulunda Böyük Britaniyaya səfər etməyi planlaşdırır.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda bu səfərlə bağlı məsələ üzərində iş aparılır. Nəşrin fikrincə, səfər Böyük Britaniyada keçirilən seçkilərdən sonra baş tutmalıdır. Məlumata görə, seçkilərin nəticəsində Mühafizəkarlar Partiyasının ölkədə hakimiyyəti itirəcəyi gözlənilir.

Vurğulanır ki, Yaponiya hökuməti ən qısa zamanda Britaniyanın yeni Nazirlər Kabineti ilə, xüsusən də müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində birbaşa əlaqələr qurmağı gözləyir.\APA

"Cebhe.info"