Yaponiya Rusiya-Çin hərbi əməkdaşlığından narahatdır

Yaponiya Rusiya-Çin hərbi əməkdaşlığından narahatdır

Yaponiya hakimiyyəti Çinin hərbi fəaliyyətindən, o cümlədən Pekin və Moskva arasında bu sahədə əməkdaşlığından ciddi narahatdır.

"Cebhe.info" xəbər verir ki, bu Yaponiya Xarici İşlər Nazirliyinin 2024-cü il üçün “Diplomatiyanın mavi kitabı”na dair illik hesabatında yer alıb. 

Qeyd edək ki, hesbatda Çin və Rusiya döyüş gəmilərinin birgə naviqasiyası (iyul-avqust) və hücum təyyarələrinin (iyun və dekabr ayları) birgə patrul xidməti daxil olmaqla hərbi sahədə Rusiyanın Çinlə əməkdaşlığı artıb:

“Yaponiyanın təhlükəsizliyi nöqteyi-nəzərindən Çin və Rusiyanın Yaponiya ətrafında artan birgə fəaliyyəti narahatlıq doğurur və diqqətlə izlənilməlidir”.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdir ki, oxşar təlimlər və patrullar beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir və xarici hava məkanının pozulması ilə bağlı deyil.

Çində Yaponiyadan Rusiya ilə regionda birgə patrul fəaliyyətinə mane olan lazımsız tədbirləri dayandırmağı tələb edib.  

Nigar Hacılı 
"Cebhe.info"