Futbolçu formasını azarkeşə pulla satdı

Futbolçu formasını azarkeşə pulla satdı

İspaniyanın 3-cü liqa komandası "Malaqa"da təəccüblü hadisə yaşanıb. 

"Cebhe.info" xəbər verir ki, “Malaqa” ilə oyundan sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Dani Lorenzo da forması qarşılığında 50 avro tələb edib. 

Azarkeş formanı 50 avro ödəyərək alıb. Hadisənin görüntüləri paylaşılıb və gənc futbolçu tənqid olunub. O, bundan sonra üzr istəyib:

"Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü. 

Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər". 

Naibə 
"Cebhe.info"