Futzal üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

Yarımfinalın ilk matçında "Neftçi" İK və "Baku Fire" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da başlayacaq.

Digər yarımfinal görüşündə ölkə çempionu "Araz-Naxçıvan" PFL-i sınağa çəkəcək. Bu matç saat 18:00-da star götürəcək.

"Cebhe.info"