“Kurtlar Vadisi”nin aktyoru “Gaddar”da - FOTO

“Kurtlar Vadisi”nin aktyoru “Gaddar”da - FOTO

Türkiyənin “Now” telekanalının “Gaddar” serialının heyətinə daha bir məşhur qatılıb.

“Cebhe.info” xəbər verir ki, Arif Pişkin də ekran işində rol alacaq.

O, layihədə “Arif Mübarək” obrazına həyat verəcək. Aktyorun qonaq olaraq “Gaddar”da iştirak edəcəyi bildirilib.

O, bu həftənin cümə günü yayımlanacaq bölümündə tamaşaçıların qarşısına çıxacaq.

Xatırladaq ki, Arif Pişkin “Kurtlar Vadisi Pusu”, “Öyle Bir Geçer Zaman ki”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “İstanbullu Gelin” və “Yargı” kimi onlarla yüksək reytinqli seriallarda rol alıb.

Elmir Mustafa
“Cebhe.info”