DİM:Yeni imtahan modeli hazırlanıb

DİM:Yeni imtahan modeli hazırlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli işlənib hazırlanıb. 

“Cebhe.info” xəbər verir ki, proqram hazırlanarkən dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədində (CEFR) irəli sürülmüş müddəalar əsas götürülüb. Bu proqrama istinad etməklə namizədlərin real dil mühitində qazandıqları bacarıqların ölçülməsinə və qiymətləndirmənin nəticəsi barədə rəsmi sənəd əldə etməyə imkan verən Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı modeli hazırlanıb.

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı materiallarının hazırlanmasında ekspert qismində iştirak etmək istəyən təhsil müəssisələrinin aparıcı mütəxəssislərini əməkdaşlığa dəvət edir. 

Proqram və yeni imtahan modeli ilə tanışlıq məqsədilə mayın 3-də saat 15:00-da vebinar keçiriləcək.

Nigar
“Cebhe.info”