İsmayıllıya qar yağır - VİDEO

Bu gün İsmayıllıya qar yağıb.
Bu barədə rayon sakinləri Cebhe.info-ya görüntülər göndəriblər.
Hazırda yağmaqda davam edən qar havanın mülayim olması ilə torpaqda qalmayıb. Hazırda rayonda havanın temperaturu 1 dərəcədir. Görüntülərdən məlum olduğu kimi, rayonda artıq bir çox meyvə ağacları çiçək açıb, torpaq oyanıb, otlar cücərib. Əgər şaxta olarsa, havanın tempuraturu mənfiyə enərsə, bu, məhsuldarlığa təsirsiz ötüşməyəcək.
Günay Şahmar
Cebhe.info