Məhsulların təhlükəsizliyi necə yoxlanılır?

Məhsulların təhlükəsizliyi necə yoxlanılır?

“Aldığımız hər bir məhsulun insan sağlamlığı üçün təhlükəsiz olması vacibdir. 

Ölkəyə idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsulları laboratoriyalarda müayinələrdən keçirilir”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu zaman qeyri-ərzaq məhsullarının nümunəsi laboratoriyada müayinəyə cəlb olunur.

Müayinə zamanı məhsulun fiziki-kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri yoxlanılır, həmçinin orqanoleptik xüsusiyyətləri və yararlılıq müddəti qiymətləndirilir.

Laborator sınaqlar nəticəsində məhsulun sanitariya-gigiyena norma və tələblərinə uyğunluğu müəyyən edilir və qanunvericilikdə göstərilmiş digər göstəricilər nəzərdən keçirilir.

Yalnız təhlükəsizliyi təsdiqlənmiş məhsulların ölkə daxilində satışına icazə verilir. Sanitariya nəzarətinə aid bu məhsulların təhlükəsizliyinə isə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi nəzarət edir.

Gülər 
“Cebheinfo.az”